Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib
SİYASƏT

İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib

26 May 2026 1 Min Read
PAYLAŞIN:

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanın Pakistanda Səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan Demokratik Respublikasının keçdiyi müstəqillik yolundan bəhs edib.

O bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ADR dövründə parlament, hökumət və dövlət atributları formalaşdırılıb, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb və demokratik ənənələrin əsası qoyulub.

Səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə öz suverenliyini qoruyub saxlayıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diplomat Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimad, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və Pakistan bir-birini həm ikitərəfli münasibətlərdə, həm də regional və beynəlxalq platformalarda daim dəstəkləyir.

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani isə çıxışında iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Pakistan beynəlxalq platformalarda bir-birini ənənəvi olaraq dəstəkləyir.

Tədbirin sonunda 28 May – Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş rəmzi tort kəsilib, xatirə şəkilləri çəkdirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənməyə davam edəcək

Next

Yaponiya Azərbaycanla enerji əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını bəyan edib

Copyright 2026— Praqraf.com. All rights reserved