Azərbaycanın qadın futbolçulardan ibarət millisinin iki oyun üçün heyəti müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyun üçün heyəti açıqlanıb.
Paraqraf.com xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda mayın 30-dan iyunun 5-dək Bakıda, iyunun 6-dan 10-dək isə Şimali Makedoniyada təlim-məşq toplanışında olacaq.
| N | AD/SOYAD | KLUB |
| 1 | Aytac Şərifova | Yüksekovaspor (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | Giresun Sanayispor (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Mehriban Şahməmmədova | Klubsuz |
| 5 | Nigar Mirzəliyeva | Hamburq (Almaniya) |
| 6 | Vüsalə Seyfəddinova | Neftçi |
| 7 | Jalə Məhsimova | Yüksekova (Türkiyə) |
| 8 | Milana Rəhimova | Lyuboten (Şimali Makedoniya) |
| 9 | Yeliz Açar | Beşiktaş (Türkiyə) |
| 10 | Alina Nəhmədova | Partizan (Serbiya) |
| 11 | Aysun Muradova | Haymana (Türkiyə) |
| 12 | Kamilla Məmmədova | Dirçəliş |
| 13 | Nərgiz Hacıyeva | Turan (Qazaxıstan) |
| 14 | Aydan Həsənova | Neftçi |
| 15 | Diana Məmmədova | Rubin (Kazan, Rusiya) |
| 16 | Alina Dorofeyeva | Rubin (Kazan, Rusiya) |
| 17 | Manə Mollayeva | Neftçi |
| 18 | Coşqunə Əliyeva | Qaziantep Safir (Türkiyə) |
| 19 | Esra Manya | Beşiktaş (Türkiyə) |
| 20 | Peritan Bozdağ | Fənərbağça (Türkiyə) |
| 21 | Ayşən Salamzadə | Neftçi |
| 22 | Sevinc Cəfərzadə | Yüksekova (Türkiyə) |
| 23 | Kristina Bakarandze | Nike Lusso (Gürcüstan) |
| 24 | Xanım Əsədova | Neftçi |
Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan, ayın 9-da, Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda isə Şimali Makedoniya ilə qarşılaşacaq.
Paraqraf.com
![]()