Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 26
  • “Azərbaycanda “Aliment Fondu” fəaliyyət göstərmir, lakin yaradılması müzakirə olunur” — Vəkil

“Azərbaycanda “Aliment Fondu” fəaliyyət göstərmir, lakin yaradılması müzakirə olunur” — Vəkil

admin 26 May 2026 5 minutes read
WhatsApp Image 2026-05-26 at 17.10.25
PAYLAŞIN:

Azərbaycanda aliment öhdəliyini yerinə yetirməyən valideynlərlə bağlı problemlər uzun illərdir cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə uşaqların sosial təminatının qorunması məqsədilə dövlətin aliment borclarını müvəqqəti ödəməsi ilə bağlı təkliflər vaxtaşırı gündəmə gəlir. Mövzu həm hüquqi, həm də sosial baxımdan böyük maraq doğurur.

Vəkillər Kollegiyasının üzvü Məhəmməd Səfərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, statistik göstəricilərə əsasən, alimentin ödənilməməsi Azərbaycanda minlərlə ailənin əsas sosial problemlərindən biri olaraq qalır:

“Bu vəziyyət xüsusilə uşaqların sosial rifahına ciddi təsir göstərir. Bir çox hallarda məhkəmə qərarı olsa da, alimentin icrası mümkün olmur və bütün yük uşağı böyüdən valideynin üzərinə düşür.

Dünya təcrübəsində aliment ödənilmədikdə xüsusi “Aliment Fondu” həmin məbləği qarşılayır. Almaniya və İsveç kimi ölkələrdə bu model artıq təkmilləşdirilmiş şəkildə tətbiq olunur. Yaradılmış fondlar valideynlərin yükünü azaldır və uşaqların maddi ehtiyaclarının təmin edilməsinə kömək edir.

Aliment almaq hüququ olan valideyn müraciət edərək ödəyicinin borcu ödəmədiyini təsdiqləyən sənədləri təqdim edir. Fond borcun mövcudluğunu araşdırır və təsdiqlədikdən sonra ödənişi həyata keçirir. Eyni zamanda, ödəyicidən həmin məbləğin tutulması üçün hüquqi mexanizmlər işə salınır.

Fondun maliyyələşməsi bir neçə mənbə hesabına formalaşır. Bunlara dövlət büdcəsi, xüsusi vergilər və ödənişlər, həmçinin aliment borclularından geri qaytarılan vəsaitlər daxildir. Xərclərin tam şəkildə dövlət tərəfindən qarşılanması çətin olduğundan, bir çox ölkədə kombinə olunmuş maliyyələşmə modeli tətbiq edilir. Aliment məbləğinin yığılmasında sosial sığorta fondları da fəal iştirak edir”.

Vəkilin sözlərinə görə, müxtəlif ölkələrdə tətbiq olunan “Aliment Fondu” modelinin Azərbaycanda yaradılması məsələsi də vaxtaşırı müzakirə olunur:

“Azərbaycanda belə bir fondun yaradılması üçün qanunvericiliyin müasir ictimai münasibətlərə uyğunlaşdırılması, qeyri-rəsmi gəlirlərin müəyyən edilməsi məqsədilə vergi və əmək bazası sistemlərinin gücləndirilməsi, həmçinin icra mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Bu sahədə effektiv tədbirlərin görülməsi uşaqların hüquqlarının qorunmasına və onların sosial rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, aliment sabit məbləğdə və aylıq qazancın bir hissəsindən tutulmaqla iki formada müəyyən edilir. Burada əsas məqsəd uşağın əvvəlki yaşayış səviyyəsini qoruyub saxlamaqdır. Alimentin sabit məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun hesablanır və hazırda bu məbləğ 260 manat təşkil edir”

O əlavə edib ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

“1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq digər hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.

Azərbaycanda “Aliment Fondu” hələlik fəaliyyət göstərmir, lakin dövlət tərəfindən bu qurumun yaradılması istiqamətində müzakirələr və qanunvericilik təşəbbüsləri davam etdirilir. Belə ki, Milli Məclisdə bəzi deputatlar bununla bağlı təşəbbüslərlə çıxış ediblər. Lakin hazırda Aliment Fondunun yaradılması ilə bağlı konkret addımlar atılmayıb, qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulmayıb”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 22 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rusiya ordusu gecə Ukraynaya iki “İsgəndər”lə zərbə endirib, ölənlər var
Next: “Müasir şəhərlər və su təsərrüfatı” layihəsi uğurla yekunlaşdı

OXŞAR MÖVZULAR

Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

admin 28 May 2026
lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

admin 28 May 2026
SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

admin 28 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.