Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib
ELM VƏ TƏHSİL

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib

26 May 2026 1 Min Read
PAYLAŞIN:

ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti (GWU) arasında həyata keçirilən ikili diplom proqramları üzrə Rəhbər Komitənin növbəti iclası Vaşinqton şəhərində baş tutub.

Paraqraf.com xəbər verir ki, Corc Vaşinqton Universitetində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi nümayəndələri, eləcə də hər iki ali təhsil müəssisəsinin rəhbər və professor-müəllim heyəti iştirak ediblər.

Görüş zamanı ADA universiteti və Corc Vaşinqton universiteti arasında əməkdaşlığa dair müqaviləyə dəyişiklik sənədi imzalanıb.

Rəsmi müzakirələr çərçivəsində tərəflər Kompüter elmləri və data analitikası üzrə, Elektrik və elektroenergetika mühəndisliyi üzrə və Kompüter mühəndisliyi və Yüksək məhsuldarlıqlı hesablamalar üzrə magistr ikili diplom proqramlarının ümumi dəyərləndirilməsini aparıblar.

İclasda tələbə fəallığı və sinif inteqrasiyası, ikili diplom tələbələrinə diplomların verilməsi proseduru, birgə proqramların professor-müəllim heyətinin peşəkar inkişafında rolu və doktorantura (PhD) proqramlarına tələbə axınının gücləndirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə strateji əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramlarını uğurla tədris edir. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 117 tələbədən 103-ü artıq təhsil müddətini tamamlayaraq məzun olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabahdan Azərbaycanda bayram tətili başlayır

Next

Bakıya diametri 4 mm olan dolu düşüb

Copyright 2026— Praqraf.com. All rights reserved