Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 25
  • WUF13 Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirdi

WUF13 Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirdi

admin 25 May 2026 6 minutes read
IMG_6977
PAYLAŞIN:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın diplomatik gücünün, təşkilati potensialının və qlobal təşəbbüslərdə artan rolunun növbəti nümayişi oldu. 176 ölkədən 58 min iştirakçını bir araya gətirən WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü və COP29-dan sonra Azərbaycanda təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir oldu.

Bakı bir daha qlobal həmrəyliyin, çoxtərəfli əməkdaşlığın və beynəlxalq dialoqun mühüm mərkəzi kimi çıxış etdi. Forumun miqyası və ona göstərilən böyük maraq Azərbaycanın qlobal gündəliyin formalaşdırıldığı mühüm siyasi platformaya çevrildiyini göstərdi.

WUF13-ün ən mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyası oldu. Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə keçirilən bu sessiyada 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Bu fakt Azərbaycanın beynəlxalq diplomatik nüfuzunun davamlı şəkildə artdığını bir daha nümayiş etdirdi.

Liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə etdilər. Sessiya şəhərsalma məsələlərinin humanitar və təhlükəsizlik aspektləri ilə də sıx bağlı olduğunu ortaya qoydu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlər Sessiyası şəhərsalma üzrə müzakirələri yeni siyasi müstəviyə çıxardı. Bu addım Azərbaycanın yeni beynəlxalq dialoq formatları formalaşdırmaq imkanlarını da nümayiş etdirdi.

WUF13 çərçivəsində keçirilən Nazirlər görüşündə isə 70-dək ölkəni təmsil edən nazirlər və nazir müavinləri iştirak etdilər. Görüşün yekununda qəbul edilmiş “Sədrin xülasəsi” sənədində Prezident İlham Əliyevin uzaqgörən liderliyi xüsusi vurğulandı.

Sənəddə WUF13-ün Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olduğu qeyd edildi, Azərbaycan hökumətinə və xalqına yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkür ifadə olundu. Eyni zamanda, ilk Liderlərin Bəyanatları Sessiyası və gələcək WUF sessiyaları üçün Bakı standartlarına əsaslanan əməliyyat təlimatlarının hazırlanması təşəbbüsü də alqışlandı. Bu, Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində yeni standartlar müəyyən edən ölkələrdən birinə çevrildiyini göstərir.

Forum zamanı Azərbaycan qlobal şəhərsalma gündəliyinə mühüm töhfələr verdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın öz maliyyə və insan resursları hesabına urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən çox kəndi yenidən qurması xüsusi diqqət çəkdi. Beynəlxalq iştirakçılar Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini digər postmünaqişə ölkələri üçün nümunə kimi dəyərləndirdilər.

Forumda “Böyük Qayıdış” Proqramı da xüsusi maraq doğurdu. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması istiqamətində həyata keçirilən siyasət humanitar və sosial baxımdan nümunəvi yanaşma kimi təqdim edildi.

WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsindəki təcrübəsi mühüm beynəlxalq model kimi qeyd olundu. Bu, işğal dövründə erməni vandalizmi nəticəsində dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulmasının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.

Sənəddə münaqişə və müharibələrin məktəblərə, xəstəxanalara, yaşayış evlərinə, ətraf mühitə və biomüxtəlifliyə vurduğu zərərin xüsusi vurğulanması Azərbaycanın uzun illər üzləşdiyi urbisid və ekosid siyasətinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Görünən budur ki, beynəlxalq ictimaiyyət Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işlərini açıq şəkildə dəstəkləyir və bunu nümunəvi model kimi təqdim edir.

COP29-da olduğu kimi, bu forum da gələcək beynəlxalq təşəbbüslər üçün mühüm platforma yaratdı. Bakı Şəhər Mükafatının təsis olunması, milli şəhərsalma forumları təşəbbüsü və gələcək WUF sessiyaları üçün Bakı standartlarının hazırlanması bunun bariz nümunəsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı yüksəksəviyyəli forum isə şəhərsalma ilə ekologiyanın və insan sağlamlığının əlaqəsini qlobal gündəliyin əsas mövzularından birinə çevirdi. Tədbirdə təmiz hava məsələsinin gələcək WUF sessiyalarında daimi mövzuya çevrilməsi çağırışı səsləndirildi.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq qlobal proseslərə təsir edən, yeni beynəlxalq təşəbbüslər irəli sürən və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm dövlətlərdən birinə çevrilib.


Nigar Məmmədova

Milli Məclisin deputatı

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb
Next: Sumqayıt Sənaye Parkında yeni rezident

OXŞAR MÖVZULAR

Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

admin 28 May 2026
lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

admin 28 May 2026
SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

admin 28 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.