Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması 28 May – Müstəqillik Gününü qeyd edib
SİYASƏT

Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması 28 May – Müstəqillik Gününü qeyd edib

25 May 2026 1 Min Read
PAYLAŞIN:

Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Paraqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan və yəhudi diasporunun nümayəndələri, ictimai xadimlər, həmçinin yerli sakinlər iştirak ediblər.

Onların arasında Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Rəşad Eyvazov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşları Tale Əliyev və Elçin Baxşəliyev, eləcə də “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Niktalov da olub.

Tədbir Azərbaycan və ABŞ Fövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Amerikadakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov Azərbaycanın Müstəqillik Günü münasibətilə Nyu-York ştatının rəhbərliyi adından təqdim olunmuş təbrik proklamasiyasını səfirliyin birinci katibi Rəşad Eyvazova təqdim edib.

İsraildə yaşayan Azərbaycan diasporunun fəallarından biri, “Azİz” Assosiasiyasının vitse-prezidenti və İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, İsraildə çapdan çıxmış “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” kitabını təqdim edib.

Kitab Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət vəzifələrində çalışmış, ictimai fəaliyyətlə məşğul olmuş tanınmış yəhudilər haqqında ensiklopedik məlumatlardan ibarətdir. Nəşrdə Azərbaycandakı çoxəsrlik tolerantlıq ənənələri, eləcə də yəhudi icmasının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs olunub.

Kitabın təqdimatından sonra qonaqlara azərbaycanlı rejissor Rüfət Əsədovun “Sevgimizin yolları” adlı sənədli filmi nümayiş etdirilib. “Sholumi Mərkəzi”nin istehsalı olan ekran əsərinin prodüseri Şaul Siman-Tovdur.

Film Azərbaycan və İsrail xalqları arasındakı dostluq və tolerantlıq münasibətlərindən bəhs edir. Ekran əsərində fərqli dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanıbn nümunəvi multikultural mühitində birgəyaşayışı, fərqli millətlərə mənsub olan Mixail və Yeganə Salmanların əbədi sevgi hekayəsi təqdim olunur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

XTQ-nin hərbi vəzifəlilərinin təlim toplanışı keçirilib

Next

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb

Copyright 2026— Praqraf.com. All rights reserved