Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb
MANŞET

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

25 May 2026 1 Min Read
PAYLAŞIN:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb.

Paraqraf.com xəbər verir ki, görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan “Rooted Hands” layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Masallı rayonunun Musaküçə kəndindən olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və nəsildən-nəslə ötürülən ənənəvi üsullarla əl ilə həsir nümunələri toxuyurlar. Bu sənət həm bölgənin mədəni irsinin qorunması, həm də qadınların məşğulluğunun və iqtisadi dayanıqlığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səmimi görüş zamanı qadınlar həsir toxuma prosesini nümayiş etdiriblər. Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə yaxından maraqlanıb. Daha sonra həsirçilik sənətinə və “Rooted Hands” layihəsinə həsr olunmuş qısa film nümayiş olunub.

Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün yenilənmiş məkan yaradılıb. Bu məkan onların işləməsi, təlim və ustad dərsləri təşkil etməsi, eləcə də əl işlərini nümayiş etdirərək satışını həyata keçirməsi üçün nəzərdə tutulub. Təşəbbüs Masallıda yeni mədəni və turistik məkanın formalaşmasına, eyni zamanda yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına töhfə verəcək.

“Rooted Hands” layihəsi artıq beynəlxalq səviyyədə də təbliğ edilməyə başlanılıb. Layihə 2025-ci ildə Milan Moda Həftəsində dayanıqlı moda işləri çərçivəsində təqdim olunaraq Azərbaycanın bataqlıq ərazilərindən toplanan təbii materialların, qadın sənətkarların əl əməyinin, müasir dizaynın və ənənəvi sənətkarlığın uğurlu vəhdətini nümayiş etdirib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

DİN və DSX İranla sərhəddə əməliyyat keçirib, 38 kq narkotik dövriyyədən çıxarılıb

Next

Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Copyright 2026— Praqraf.com. All rights reserved