Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 25
  • Aqrar inkişaf siyasəti: yeni Dövlət Proqramı və qarşıda duran vəzifələr

Aqrar inkişaf siyasəti: yeni Dövlət Proqramı və qarşıda duran vəzifələr

admin 25 May 2026 6 minutes read
IMG-20260525-WA0026
PAYLAŞIN:

Kənd təsərrüfatı hər bir dövlətin iqtisadi təhlükəsizliyini, ərzaq təminatını və sosial sabitliyini müəyyən edən strateji sahələrdən biridir. Dünyada baş verən qlobal dəyişikliklər, iqlim problemləri, müharibələr və nəqliyyat zəncirlərində yaranan çətinliklər bir daha göstərir ki, ölkələrin daxili istehsal imkanlarının gücləndirilməsi həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan da kənd təsərrüfatının inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin çıxışı qarşıda duran vəzifələri və strateji məqsədləri aydın şəkildə ortaya qoydu. Dövlət başçısı çıxışında qeyd etdi ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatının inkişafına güclü təkan verib. Bölgələrdə yolların çəkilməsi, qazlaşdırma, elektrik və su təminatının yaxşılaşdırılması kəndlərin sosial-iqtisadi simasını tamamilə dəyişib.

Prezident İlham Əliyev vurğuladı ki, bu gün ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb, yeni su anbarları və magistral yollar tikilib, müasir infrastruktur yaradılıb. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi mühüm layihələr kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Dövlət başçısının sözlərinə görə, regionların inkişafı olmadan aqrar sahənin inkişafından danışmaq mümkün deyil. Müşavirədə pambıqçılıq, baramaçılıq, fındıqçılıq və üzümçülük kimi ənənəvi sahələrin inkişafı da xüsusi qeyd olundu. Vaxtilə tənəzzülə uğramış pambıqçılıqda bu gün məhsuldarlığın və istehsalın əhəmiyyətli dərəcədə artdığı bildirildi. Eyni zamanda, aqroparkların yaradılması və fermerlərə göstərilən dövlət dəstəyinin kənd təsərrüfatının inkişafında mühüm rol oynadığı vurğulandı. Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində subsidiyaların əhəmiyyətinə də toxundu. Fermerlərə yanacaq, gübrə və texnika üzrə güzəştlərin tətbiqi, güzəştli kreditlərin verilməsi aqrar sektorun inkişafını sürətləndirən əsas amillərdən biri kimi qiymətləndirildi. Bununla yanaşı, dövlət başçısı subsidiya mexanizmlərinin daha çevik və müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilməsinin vacibliyini qeyd etdi.
Çıxış zamanı ərzaq təhlükəsizliyi məsələsi də ön plana çəkildi. Prezident İlham Əliyev bildirdi ki, dünyada baş verən proseslər hər bir dövləti daxili istehsal imkanlarını artırmağa vadar edir. Bu baxımdan Azərbaycanda buğda, bitki yağları, ət və digər strateji məhsullar üzrə istehsalın artırılması əsas hədəflərdəndir. Dövlət başçısı xüsusilə buğda üzrə özünütəminetmə səviyyəsinin artırılmasının vacibliyini vurğuladı. Müşavirədə su təminatı və meliorasiya layihələri də geniş müzakirə olundu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin gələcəkdə yüz minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunmasına imkan verəcəyi qeyd edildi. Şirvan və Qarabağ kanallarının yenidən qurulması, müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınmasının vacibliyini də diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, əsas məqsəd şəhərlərlə kəndlər arasındakı fərqləri minimuma endirmək, bölgələrdə yüksək həyat şəraiti yaratmaqdır. Bunun üçün kəndlərdə məşğulluğun artırılması, xidmət sektorunun inkişaf etdirilməsi və sosial infrastrukturun gücləndirilməsi mühüm vəzifələr sırasındadır. Müşavirədə özəl sektorun və investorların aqrar sahəyə daha fəal cəlb edilməsinin vacibliyi də qeyd edildi. Prezident İlham Əliyev bildirdi ki, Dövlət Proqramının icrası çərçivəsində həm dövlət, həm də özəl sektor tərəfindən böyük həcmdə investisiyalar qoyulacaq. Bu isə kənd təsərrüfatının daha müasir və rəqabətqabiliyyətli sahəyə çevrilməsinə imkan yaradacaq.
Bütün bunlar göstərir ki, Azərbaycan kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Yeni Dövlət Proqramı aqrar sahənin inkişafını sürətləndirməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və kənd əhalisinin rifahının yüksəldilməsi baxımından da mühüm rol oynayacaq.

 

Samirə Hüseynova

Loading

Visited 19 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Next: Futbol üzrə dünya çempionatının kuboku Kanadada təqdim edilib

OXŞAR MÖVZULAR

Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

admin 28 May 2026
lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

admin 28 May 2026
SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

admin 28 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.