PAYLAŞIN:

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib.

Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.

Qəza zamanı sürücü N. Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin – 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading