Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb
DÜNYA

CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb

23 May 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı başlanılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat keçirilib.

Paraqraf.com “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyatlar İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada həyata keçirilib.

Əməliyyat zamanı 13 şübhəli saxlanılıb. Onların yaşadıqları ünvanlarda axtarış aparılıb və bəzi materiallar götürülüb.

Saxlanılan şəxslər “Siyasi Partiyalar Qanununu pozma”, “rüşvət alma” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” kimi cinayətlərdə şübhəli bilinir.

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub

Next

İran XİN: ABŞ ilə danışıqlarda heç bir irəliləyiş yoxdur

Copyright 2026— Praqraf.com. All rights reserved