Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekspert: “Azərbaycan üçün innovasiya və investisiyaların dayanıqlı şəkildə formalaşdırılması vacibdir”
MANŞETÖZƏL

Ekspert: “Azərbaycan üçün innovasiya və investisiyaların dayanıqlı şəkildə formalaşdırılması vacibdir”

22 May 2026 1 Min Read
PAYLAŞIN:

Müasir dünyada iqtisadi inkişafın əsas hərəkətverici qüvvələri investisiya və innovasiya hesab olunur. Texnologiyanın sürətli inkişafı, rəqəmsallaşma və yeni biznes modelləri ölkələrin iqtisadi siyasətində yeni mərhələnin formalaşmasına səbəb olur.

İqtisadçı-ekspert Aslan Əzimzadə “Paraqraf.com”a bildirib ki, hazırda dünyada 6-cı texnoloji quruluş formalaşmaqdadır:

“Bu quruluşun aparıcı istiqamətlərini bio və nanotexnologiyalar, eləcə də helioenergetika təşkil edir. Aparılan təhlil və tədqiqatlar göstərir ki, yeni texnoloji quruluşların yaratdığı imkanlardan istifadə edən ölkələr iqtisadi inkişafda daha qabaqcıl mövqeyə yüksələ bilirlər. Bu isə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda daxili investisiyaların inkişafı üçün kifayət qədər potensial mövcuddur. Bu istiqamətdə özəl bank sektoru daxili investisiyaların stimullaşdırılması və yeni investisiya platformalarının yaradılması məqsədilə daha aşağı faizli kreditlər təklif etməlidir. Nəticədə sahibkarlara yönələn bu investisiyalar birbaşa yeni texnologiyalara və innovasiyalara istiqamətlənə bilər.

Belə olduğu halda ölkədə artan pul kütləsi müəyyən mənada deflyasiya effekti yarada bilər. Çünki hazırda Azərbaycandakı inflyasiya əsasən istehsal xərclərinin artması ilə bağlıdır. İstehsal xərclərinin yüksəlməsi isə innovasiya və texnologiyaların yetərincə tətbiq olunmaması ilə əlaqədardır”.

Ekspert əlavə edib ki, innovasiya və texnologiyaların kifayət qədər inkişaf etməməsi daxili investisiyaların zəif formalaşması və aşağı faizli bank kreditlərinin yetərincə inkişaf etməməsi ilə bağlıdır:

“Hər 40-60 ildən bir dünyada yaranan yeni texnologiyalar iqtisadiyyatın bütün inkişaf strukturunu dəyişir. Azərbaycan üçün innovasiya və investisiya modelinin dayanıqlı şəkildə formalaşdırılması və inkişaf etdirilməsi olduqca vacibdir”.


Kəmalə Vəliyeva

“Paraqraf.com”

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ Ukraynaya 108 milyon dollarlıq Hawk raket sistemi avadanlığının satışını təsdiqləyib

Next

Azərbaycan Çinə başsağlığı verib

Copyright 2026— Praqraf.com. All rights reserved