Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/DTX-nin aşkarladığı qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil edən şəxsə 6 il cəza verilib
HADİSƏ

DTX-nin aşkarladığı qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil edən şəxsə 6 il cəza verilib

22 May 2026 1 Min Read
PAYLAŞIN:

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən İmamverdiyev Etibar Oktay oğlunun 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.

Paraqraf.com xəbər verir ki, transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən üzə çıxarılan, beynəlxalq axtarışa verilən Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.

Müəyyən edilib ki, E. İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib.

Müvafiq üsulla dövlət nəzarətindən kənar davamlı qanunsuz beynəlxalq rabitə xidməti təşkil edib.

E.İmamverdiyev, dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edib və məlumatları dəyişdirib.

Məhkəmə baxışı zamanı məlum olub ki, istintaq materiallarına əsasən dövlət təhlükəsizliyinə təhdid yaradan bu əməllər nəticəsində həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə əhəmiyyətli maddi ziyan dəyib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib

Next

ANAMA sədri: Qarabağda hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam edir

Copyright 2026— Praqraf.com. All rights reserved