PAYLAŞIN:

Misli Premyer Liqasında sonuncu – XXXIII turun açılış matçında “Qəbələ” “Şamaxı”nı məğlub edib.

Paraqraf.com-un məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

“Qəbələ”nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. “Şamaxı”nın qolunu isə Karim Rossi (15) vurub.

Qəbələ kollektivi 27 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.

Tura mayın 24-də yekun vurulacaq.

 

Paraqraf.com 

Loading