Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
ELM VƏ TƏHSİL

DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

21 May 2026 2 Min Read
PAYLAŞIN:

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək aşağıdakı istiqamətlərin komissiyaları üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaqdır.

Bu barədə Paraqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bİldirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanlar idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə aparılacaq.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq. Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Subbakalavrlar aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, qeydiyyatdan keçən zaman ixtisaslar üzrə uyğun komissiyalar proqram təminatı vasitəsilə subbakalavra təqdim edilir. Subbakalavrlar iyun ayının 1-dək ərizələrini təsdiq etməlidirlər. Belə ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron ərizələrinin qeydiyyatı 1 iyun saat 23:59-dək davam edəcəkdir. Subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeyd olunan tarixədək müvafiq qabiliyyət komissiyası üzrə qeydiyyatdan da keçməlidirlər. Təhsil məlumatları tam olmayan, XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlara tələb olunan məlumatların 31 may tarixindən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamaları tövsiyə olunur. Orta ixtisas təhsili müəssisəsini cari ildə bitirəcək subbakalavrlar elektron ərizəni yadda saxladıqdan sonra qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilirlər. Ancaq həmin subbakalavrlar da orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra avqust ayının 2-dək öz ərizələrini təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah Azərbaycanda 24 dərəcə isti olacaq

Next

Çin Futbol Assosiasiyası danışılmış oyunlara görə 17 nəfəri ömürlük futboldan uzaqlaşdırıb

Copyright 2026— Praqraf.com. All rights reserved