Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/İqtisadçı: “Son illərdə problemli kreditlərin həcmi 20 faizdən çox artıb”
MANŞETÖZƏL

İqtisadçı: “Son illərdə problemli kreditlərin həcmi 20 faizdən çox artıb”

20 May 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda onlayn kreditlərə maraq sürətlə artır. Bir neçə dəqiqə ərzində kredit əldə etmək imkanı və sadələşdirilmiş prosedurlar vətəndaşların bu xidmətlərə yönəlməsinə səbəb olur. Sosial şəbəkələrdə yayılan “ani kredit” reklamları da bu tendensiyanı daha da gücləndirir.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda insanlar əvvəlki borclarını ödəmək üçün yenidən kredit götürür və nəticədə “borc tələsi”nə düşürlər.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu vəziyyət vətəndaşların kredit borclarının artmasına səbəb olan əsas amillərdən biridir:

“Bank olmayan kredit təşkilatları Mərkəzi Bankın müvafiq təlimatlarını hələ tam şəkildə icra etmirlər. Bəzi kredit təşkilatlarının təqdim etdiyi ani kreditlər 30 və ya 45 günlük müddətə verilir və bu müddət ərzində yüksək faizlər hesablanır. Kreditlərin hissə-hissə ödənilməsi üçün isə əlavə imkanlar yaradılmır. Nəticədə vətəndaşlar kütləvi şəkildə borclanırlar. Kredit faizlərinin yüksək olması və qaytarılma müddəti ilə bağlı məhdudiyyətlər borclanmanı daha da artırır. Belə hallarda vətəndaşlar kommersiya banklarından kredit götürməkdə çətinlik çəkir, bəzən isə onlara imtina cavabı verilir. Bu səbəbdən həm ani kreditlər, həm də lombard kreditləri üzrə faiz dərəcələri kifayət qədər yüksək olaraq qalır. Bu isə maliyyə bazarında ciddi problemlər yaradır”.

Ekspert qeyd edib ki, lombardlarla bağlı qanun layihəsi hələ qəbul edilməyib:

“Bank olmayan kredit təşkilatları ilə bağlı da əsasən yalnız təlimatlar təqdim olunur. Bu isə problemlərin dərinləşməsinə səbəb olur. Mərkəzi Bankın təsir mexanizmləri məhdud olsa da, müəyyən qanunverici aktlar və qaydalar qəbul edilə bilər. Əgər proses bu şəkildə davam etsə, vətəndaşların problemli kredit yükü daha da artacaq. Son illərdə Azərbaycanda problemli kreditlərin həcmi 20 faizdən çox artıb”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan nefti ucuzlaşıb

Next

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində Mədəniyyət Gecəsi keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved