Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/FHN Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb
CƏMİYYƏT

FHN Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb

20 May 2026 1 Min Read
PAYLAŞIN:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.

Paraqraf.com FHN-ə istinadən xəbər verir ki, Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən, fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra pozuntular aşkar edilib.

Belə ki, məntəqədə istismar olunan iki ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi müəyyən olunub.

Həmçinin maye qaz çənləri üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin-parça qolların, eləcə də digər avadanlıqların dövri yoxlanılmadığı məlum olub.

Bundan başqa, maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi də aşkarlanıb.

Aşkar olunmuş nöqsanların aradan qaldırılmasının mümkün olmadığı və onların insan həyatı üçün təhlükə yaratdığı nəzərə alınaraq Agentliyin əməkdaşları tərəfindən məntəqənin istismarı dayandırılıb.

Pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub

Next

DSMF: Apreldə 174 minə yaxın insan aylıq sosial müavinət alıb

Copyright 2026— Praqraf.com. All rights reserved