Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
SİYASƏT

Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb

20 May 2026 1 Min Read
PAYLAŞIN:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniyanın Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

Paraqraf.com xəbər verir ki, sənəd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) çərçivəsində imzalanıb.

Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri Muthoni Vahome imzalayıblar.

Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, dayanıqlı urbanizasiya, memarlıq, mənzil siyasəti və müasir şəhər inkişafı yanaşmaları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlib. Sənəd, həmçinin torpaq istifadəsi və şəhərsalma sahəsində təcrübə mübadiləsini, “ağıllı” və dayanıqlı şəhər həllərinin təşviqini, eləcə də beynəlxalq təşəbbüs və platformalarda əməkdaşlığı nəzərdə tutur.

Sənədin imzalanması tərəflərin dayanıqlı urbanizasiya, ərazi planlaşdırılması və müasir şəhər infrastrukturunun inkişafı sahələrində uzunmüddətli əməkdaşlığa, qabaqcıl təcrübə mübadiləsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı marağını təsdiqləyir.

Görüşdə Azərbaycanın Keniyadakı səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev də iştirak edib.

Səfər çərçivəsində Keniya nümayəndə heyəti WUF13 Urban Expo sərgisində təqdim olunan Azərbaycan Pavilyonu ilə də tanış olub. Pavilyonda ölkənin dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi müasir yanaşmalar, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan bərpa layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” həlləri, eləcə də mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər nümayiş etdirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib

Next

Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub

Copyright 2026— Praqraf.com. All rights reserved