Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/UNECA Afrika üçün kritik əhəmiyyətli məqamda WUF13-ün keçirilməsinə görə Azərbaycanı təşəkkür edib
SİYASƏT

UNECA Afrika üçün kritik əhəmiyyətli məqamda WUF13-ün keçirilməsinə görə Azərbaycanı təşəkkür edib

19 May 2026 1 Min Read
PAYLAŞIN:

BMT-nin Afrika üçün İqtisadi Komissiyası (UNECA) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Paraqraf.com-un məlumatına görə, bunu UNECA-nın nümayəndəsi Cüzeppe Tesoriere WUF13 çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bəyan edib.

O, həmçinin forumun “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunu son dərəcə ilhamverici adlandırıb.

Onun sözlərinə görə, forum Afrikanın şəhər inkişafı üçün kritik əhəmiyyətli məqamda – sürətli urbanizasiya, sosial bərabərsizliyin artması və güclənən iqlim riskləri fonunda keçirilir. Tesoriere vurğulayıb ki, bu zaman siyasi öhdəliklərin real tədbirlərə çevrilməsi üçün vaxt daralmaqdadır.

O, UNECA-nın üzv dövlətlərə və tərəfdaşlara davamlı urbanizasiyanın həyata keçirilməsində dəstəyini davam etdirmək niyyətində olduğunu vurğulayıb.

“BMT-nin Afrika üçün İqtisadi Komissiyası bu səylərdə üzv dövlətlərə dəstək verməyə və bütün tərəfdaşlarla əməkdaşlığa sadiqliyini təsdiqləyir. Biz daxili resursların səfərbər edilməsində, məlumatlara əsaslanan şəhər planlamasının irəli aparılmasında, yerli hakimiyyət orqanlarının potensialının gücləndirilməsində, həmçinin davamlı urbanizasiyanın potensialının tam üzə çıxarılması üçün zəruri olan analitik və siyasi dəstəyin göstərilməsində ölkələrə kömək etməyə hazırıq”, – UNECA-nın nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, indiki müzakirələr Nayrobi Bəyannaməsində təsbit olunmuş öhdəliklərin həyata keçirilməsi üzrə konkret addımların müəyyən edilməsi üçün əsas olmalıdır.

“Bu görüşlər iyul ayında BMT Baş Assambleyasında Yeni Şəhər İnkişafı Proqramının icrası ilə bağlı Afrikanın vahid mövqeyinin formalaşdırılmasında mühüm mərhələdir”, –Tesoriere əlavə edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

WUF13-də “Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri” təşəbbüsü təqdim olunub

Next

Bakıda WUF13 çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşü işinə başlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved