Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub
MANŞET

“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub

19 May 2026 2 Min Read
PAYLAŞIN:

“Dərələyəz” qəzetinin fəaliyyətə başlamasının 15 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilib. Alyans Şadlıq Sarayında təşkil olunan mərasimdə ziyalılar, ictimai xadimlər, ağsaqqallar, media nümayəndələri və iş adamları iştirak ediblər.

Paraqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan qəzetin təsisçisi və baş redaktoru Raqub Kamal “Dərələyəz” qəzetinin 15 illik fəaliyyət yolundan, milli mətbuatımıza verdiyi töhfələrdən və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gördüyü işlərdən bəhs edib. Bildirib ki, qəzet fəaliyyət göstərdiyi müddətdə milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və ictimai fikrin formalaşdırılması istiqamətində mühüm missiya həyata keçirib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bu 15 il ərzində “Dərələyəz” qəzetinin Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynadığını xüsusi qeyd etmiş, bununla bağlı qəzetin baş redaktoruna İcmanın Təşəkkürnaməsini təqdim etmiş və qəzetin gələcək fəaliyyətində bütün kollektivinə uğurlar arzulamışdır.

Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, Keşkənd İcmasının sədr müavini Məhəmməd Rəsuloğlu və digər ziyalılar çıxış edərək qəzetin fəaliyyətini yüksək qiymətləndirmiş, onun milli dəyərlərimizin yaşadılması sahəsindəki rolunu xüsusilə vurğulamışlar. Çıxışçılar “Dərələyəz” qəzetinin ötən 15 il ərzində xalqımızın milli yaddaşının qorunmasına, soy-kökümüzün tanıdılmasına və milli ideologiyanın təbliğinə layiqli töhfələr verdiyini də xüsusi olaraq vurğulamışlar.

Sonda yubiley tədbirinin təşkilatçısı Raqub Kamal və qəzetin kollektivi təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Bildirilib ki, “Dərələyəz” qəzeti bundan sonra da milli mətbuatımızda özünəməxsus mövqeyini qoruyaraq xalqımızın səsinə çevrilməyə davam edəcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat

Next

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib

Copyright 2026— Praqraf.com. All rights reserved