Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası başlayıb
SİYASƏT

WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası başlayıb

18 May 2026 1 Min Read
PAYLAŞIN:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Assambleyaların birgə bağlanış sessiyası keçirilir.

Paraqraf.com xəbər verir ki, sessiyanın məqsədi forum boyunca aparılan müzakirələri ümumi nəticəyə çevirmək və gələcək fəaliyyət üçün əsas prioritetləri müəyyən etməkdir.

İclas zamanı hər assambleyanın nümayəndələri əsas mesajlarını, təkliflərini və təşəbbüslərini təqdim edəcəklər. Daha sonra bu fikirlər ümumiləşdirilərək ortaq prioritetlər və ümumi məqsədlər müəyyən olunacaq.

Sessiyada Yeni Şəhər Gündəliyi və Bakı Fəaliyyətə Çağırışı kimi beynəlxalq təşəbbüslərlə bağlı məsələlərə də toxunulacaq. İnteraktiv müzakirələr iştirakçılara yekun nəticələrin formalaşmasında iştirak etmək imkanı yaradacaq.

Bağlanış sessiyası müxtəlif baxışları vahid istiqamətdə birləşdirərək mənzil təminatı və dayanıqlı şəhər inkişafı sahəsində konkret addımların müəyyən olunmasına xidmət edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qvatemala nümayəndəsi WUF13-də: Qadınlar olmadan şəhərlərdə yaşayış şəraitini yaxşılaşdırmaq mümkün deyil

Next

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Copyright 2026— Praqraf.com. All rights reserved