Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İlham Əliyev: Şəhərlərin inkişafı cəsarət və ehtiyatlılıq tələb edir
SİYASƏT

İlham Əliyev: Şəhərlərin inkişafı cəsarət və ehtiyatlılıq tələb edir

18 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev müasir şəhərlərin inkişafını “Formula-1” yarışı ilə müqayisə edərək, qərarlardakı cəsarəti tarixi irsə həssas münasibətlə uzlaşdırmağın vacibliyini vurğulayıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Prezident WUF13-ün rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün, xüsusən də paytaxtlarda şəhər mühitinin inkişafı eyni zamanda həm qətiyyət, həm də ehtiyatlılıq tələb edir.

“Bəzən mən bunu Bakıdakı Formula-1 yarışı ilə müqayisə edirəm, yeri gəlmişkən, bu, azsaylı şəhər traslarından biridir. Əsas düzlükdə sürət saatda 300 kilometri aşır, sonra isə pilotlar sərt tormoz verməli və bolidləri sanki qədim qala divarının bir metrliyindən keçən, eni cəmi yeddi metr olan küçəyə sığışdırmalı olurlar”, – İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, şəhərsalma və şəhərlərin modernləşdirilməsi məsələlərində də məhz belə bir balans zəruridir.

“Buna görə də pilotlar cəsur və ehtiyatlı olmalıdırlar. Və biz – qərarlar qəbul edən və inkişaf gündəliyini formalaşdıran liderlər də inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, modernləşdirmədə cəsur olmalıyıq, lakin eyni zamanda söhbət tarixi irsin qorunub saxlanmasından gedəndə çox ehtiyatlı olmalıyıq”, – dövlət başçısı vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Annalena Berbok: WUF13 mühüm bir dövrdə keçirilir

Next

İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 5 yeni tunel tikiləcək

Copyright 2026— Praqraf.com. All rights reserved