PAYLAŞIN:

Azərbaycan Qətərdə 35-ci Doha Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə Paraqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın milli stendində ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafını əks etdirən 200-ə yaxın nəşr nümayiş etdirilir.

Sərgi mayın 23-dək davam edəcək.

Qeyd edək ki, 35-ci Doha Beynəlxalq Kitab Sərgisində 40 ölkədən 500-ə yaxın nəşriyyat təmsil olunur.

 

Paraqraf.com 

Loading