PAYLAŞIN:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin dəyəri 492,5 milyon manat təşkil edib.

Bu barədə Paraqraf.com-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü illə müqayisədə 0,7 % çoxdur.

O cümlədən, muxtar respublikanın ticarət şəbəkəsində 254,1 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 238,4 milyon manatlıq qeyri-qida məhsulları satılıb.

Xatırladaq ki, ötən 4 ayda Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 102,8 milyon manatlıq mal satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 % artıb.

 

Paraqraf.com 

Loading