Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib
SİYASƏT

Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib

15 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazir artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal təhlükəsizlik və inteqrasiya çağırışları fonunda türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, süni intellekt əsaslı innovasiyalar, eləcə də Transxəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən “Rəqəmsal İpək Yolu” layihəsi xüsusi qeyd olunub.

Nazir, həmçinin həmkarlarını Azərbaycanın 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı” yenidənqurma işləri barədə məlumatlandırıb.

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu vurğulanıb.

Həmçinin, Azərbaycanın süni intellekt və yeni texnologiyalar sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına və rəqəmsal transformasiyaya sadiqliyi bir daha təsdiqlənib

Türk dövlətləri üçün rəqəmsal transformasiyanın uzunmüddətli əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biri olduğu qeyd edilərək, rəqəmsal infrastrukturun gücləndirilməsi, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində birgə tədqiqat və innovasiya əməkdaşlığının inkişaf etdirilməsi, insan kapitalına və rəqəmsal bacarıqlara investisiyaların artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində süni intellekt sahəsində əməkdaşlıq üzrə hüquqi baza yaradılması təşəbbüsü ilə çıxış etdiyi bildirilməklə yanaşı, Təşkilatın Katibliyinin institusional və rəqəmsal imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda iclas zamanı aparılacaq müzakirələrin Türk dövlətləri arasında həmrəyliyin, koordinasiyanın və tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış edib

Next

İlham Əliyev: Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir

Copyright 2026— Praqraf.com. All rights reserved