Skip to content
20 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 15
  • Azərbaycanda qanunsuz balıq ovlayan 48 nəfər məsuliyyətə cəlb edilib

Azərbaycanda qanunsuz balıq ovlayan 48 nəfər məsuliyyətə cəlb edilib

admin 15 May 2026 3 minutes read
c55becdb-dbd1-3fcd-8037-ea47c006e765_1200
PAYLAŞIN:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi qanunsuz ova qarşı reydlər həyata keçirib.

Paraqraf.com mərkəzə istinadən xəbər verir ki, bu ilin yanvarın 1-dən mayın 14-dək keçirilən reydlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokollar tərtib olunub, 3 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və “Bakı balıqçılar və su altı ovçular klubu” İçtimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kür çayının sahilində – Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.

Mərkəz balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirlərini ardıcıl davam etdirir.

Xatırladaq ki, Balıqçılıq və Akvakultura Mərkəzi mart-may ayları ərzində balıq ehtiyatlarının qorunması, qanunsuz balıq ovunun qarşısının alınması və ictimaiyyətin maarifləndirilməsi məqsədilə respublikanın müxtəlif regionlarında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşları ilə birgə genişmiqyaslı nəzarət və profilaktik tədbirlər həyata keçirilib.

Tədbirlərdə balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin, mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilib. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq müvafiq qaydada ləğv edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ölkə ərazisindəki bütün su hövzələrində ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.

 

Paraqraf.com 

Loading

Visited 71 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Elnur Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasında iştirak edib
Next: Azərbaycanda pensiya xərcləri 10 %-dən çox artıb

OXŞAR MÖVZULAR

Sj0L84b1hibSsZXkFNBgbQAzXlbm3odQrdxaSwug_1200

Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

admin 19 May 2026
1778061940106736636069fb127435f77

Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

admin 15 May 2026
17785021275666810136a01c9ef223be

Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib

admin 15 May 2026

XƏBƏR LENTİ

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib 19.05.2026 (2)

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib

19 May 2026
“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem a1d3a9b3-4741-4d7b-b343-3a728492f309

“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem

19 May 2026
“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub IMG_6708

“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub

19 May 2026
“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat WhatsApp Image 2026-05-19 at 16.11.50

“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat

19 May 2026
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib IMG_6706

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

19 May 2026
“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT b395a003-97a6-40fd-8b99-eff7811f1be9

“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT

19 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.