PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpin ilə danışıqların əvvəlində iki ölkə arasındakı münasibətlərdə bəzən çətinliklərin yarandığını, lakin onların qısa zamanda həll olunduğunu etiraf edib.

Paraqraf.com-un məlumatına görə, o, bu açıqlamanı Pekindəki Böyük Xalq Zalında verib.

“Biz bir-birimizi uzun müddətdir tanıyırıq. Bizim fantastik münasibətlərimiz var idi. Biz yola gedirdik və çətinliklər yarandıqda onları həll edirdik”, – Tramp deyib.

“İnsanlar bunu bilmir, amma problemimiz olanda onu çox tez həll edirdik”, – o əlavə edib.

 

Paraqraf.com 

Loading