Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 14
  • Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmini dövlət siyasətinin prioritetlərindəndir

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmini dövlət siyasətinin prioritetlərindəndir

admin 14 May 2026 3 minutes read
07cf20c8-3b80-38aa-9891-92a71b703567_1200
PAYLAŞIN:

Azərbaycanda qadın hüquqlarının təmin olunması və gender bərabərliyinin təşviqi dövlət siyasətinin mühüm prioritetlərindəndir.

Paraqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda keçirilən İkinci Asiya Qadınlar Forumunda deyib.

Milli Məclisin sədri qadınların siyasi, iqtisadi və ictimai həyatda daha geniş iştirakının daha güclü institutların, daha inklüziv inkişafın və daha möhkəm cəmiyyətlərin formalaşmasına gətirib çıxardığını bildirib.

Asiya regionunun bugünkü qlobal sistemdə mühüm rol oynadığını deyən spiker qeyd edib ki, Asiyanın əhalisi, iqtisadi potensialı və müxtəlifliyi onu qlobal inkişafın və beynəlxalq tərəqqinin əsas hərəkətverici qüvvələrindən birinə çevirir.

Bu baxımdan, parlamentin sədri regional və beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, təcrübə mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması və əlaqələndirilmiş siyasətlər ümumi məqsədlərimizə nail olmaq üçün vacibdir.

Çıxışında Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verən spiker deyib ki, Azərbaycan qadınların ictimai həyatın bütün sahələrində rolunun təşviqinə yönəlmiş beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində yüksək vəzifələr tuturlar.

Azərbaycanda gender sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərə də toxunan Azərbaycan parlamentinin rəhbəri qeyd edib ki, Milli Məclis də gender siyasətinin formalaşdırılmasına böyük əhəmiyyət verir.

Çıxışda həmçinin məlumat verilib ki, Azərbaycanda qadınlar azad edilmiş ərazilərdə, Qarabağda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə də mühüm töhfə verirlər.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yeni zelandiyalı velosipedçi Coş Barnett “Bakı–Xankəndi” yarışının V mərhələsinin qalibi olub
Next: Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib

OXŞAR MÖVZULAR

cc02c582-3f5b-3583-b5d7-7a4283776893_1200

Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir

admin 14 May 2026
vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

admin 14 May 2026
17787401892002840774_1200x630_1778743965

Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

admin 14 May 2026

XƏBƏR LENTİ

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib 5FMBeFrnmLSAaIBBJklko453bWLnRzmqImWep2fd_1200

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib

14 May 2026
UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib ryWCDiKWGgYbUX3P5PpexKY8edHMvaMKPGTaCL3g_1200

UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib

14 May 2026
Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib jatIgN0GceAfcmLUQb57lOOxKaZNnbTruE5gHoxs_1200

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib

14 May 2026
Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var 62d1e502-a7e0-359b-9129-b9243e2fa37c_1200

Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var

14 May 2026
Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb U3FUr9d3GzTqRstzg9EbTjYaNdflChDg0t5JCHCY_1200

Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb

14 May 2026
Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir IvpW11mkfaNaXhjZuHYMR8p177RzieNT4Tw18jrt_1200

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.