Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
CƏMİYYƏT

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

14 May 2026 1 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Paraqraf.com xəbər verir ki, fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb.

Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən, nazirliyin strukturuna daxil olan qurumdur.

Nazirlər Kabineti aşağıdakılara dair təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

– iki ay müddətində Agentliyin əsasnaməsi və strukturunun layihələri, habelə işçilərinin say həddinə dair;

– dörd ay müddətində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, “Tullantılar haqqında” qanunun və tullantıların idarə edilməsi ilə bağlı digər normativ hüquqi aktların təkmilləşdirilməsinə dair;

– beş ay müddətində “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsi ilə əlaqələndirməklə “Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya” layihəsinə dair;

Bundan başqa, hökumət Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AFFA İntizam Komitəsi “Zirə”ni cərimələyib

Next

Azərbaycan bərk məişət tullantıları ilə bağlı yeni Milli Strategiya qəbul edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved