Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək
SİYASƏT

Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək

14 May 2026 1 Min Read
PAYLAŞIN:

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan və Suriya arasında danışıqların əsas mövzusu təcrübə mübadiləsinin genişləndirilməsi və dayanıqlı şəhərsalma sahəsində ən yaxşı dünya təcrübələrinin tətbiqi məsələləri olacaq.

Paraqraf.com-un məlumatına görə, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov ilə Suriyanın ictimai işlər və mənzil tikintisi naziri Mustafa Əbdül Rəzzaqın görüşü zamanı mənzil tikintisi və bərpa sahələrində ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin bu sektorla bağlı çağırışlar müzakirə edilib.

“Görüşün yekunlarına əsasən tərəflər Suriya nümayəndə heyətinin WUF13-də iştirak üçün Azərbaycana qarşıdakı səfəri çərçivəsində danışıqlar aparmaq barədə razılığa gəliblər. Məqsəd təcrübə mübadiləsinin genişləndirilməsi və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi olacaq”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Suriyanın İctimai İşlər və Mənzil Tikintisi Nazirliyi mənzil və ölkənin bərpası sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməyə çalışır ki, bu da davamlı inkişafa və infrastrukturun yaxşılaşdırılmasına töhfə verməlidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

Next

Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

Copyright 2026— Praqraf.com. All rights reserved