Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH
MANŞETSİYASƏT

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH

14 May 2026 2 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərə yollanıb.

Bu, ABŞ prezidentinin son 9 ildə Çinə ilk səfəri hesab olunur.

Səfər çərçivəsində Trampı Çin Sədri Si Cinpin rəsmi mərasimlə qarşılayacaq. Liderlərin Pekində bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət müharibəsi yeni mərhələyə daxil olub. ABŞ Çin məhsullarına tətbiq etdiyi idxal rüsumlarını 104 faizə, Çin isə cavab olaraq ABŞ mallarına rüsumları 84 faizə yüksəldib.

Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a bildirib ki, Donald Trampın Çinə səfəri mövcud beynəlxalq münasibətlər fonunda xüsusi diqqət mərkəzindədir:

“Bu səfər təkcə ABŞ və Çin arasındakı münasibətlər baxımından deyil, həm də qlobal iqtisadiyyatın və geosiyasi balansın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Hazırda dünyada geosiyasi gərginlik, iqtisadi bloklaşma və ticarət müharibələri beynəlxalq sistemdə ciddi qeyri-müəyyənlik yaradıb. Xüsusilə ABŞ və Çin arasında davam edən strateji rəqabət qlobal ticarətə, maliyyə bazarlarına və istehsal zəncirlərinə birbaşa təsir edir. Dünyanın ən böyük iqtisadi güclərindən olan bu iki dövlətin münasibətlərində yaranan hər hansı dəyişiklik beynəlxalq bazarlarda da öz əksini tapır.

Son illərdə tərəflər arasında tətbiq olunan qarşılıqlı gömrük rüsumları və ticarət məhdudiyyətləri iqtisadi münasibətlərin zəifləməsinə, istehsal xərclərinin artmasına və qlobal ticarət axınlarının dəyişməsinə səbəb olub”.

Şərhçi qeyd edib ki, Trampın Çinə səfəri müəyyən iqtisadi dialoq imkanlarının yaranması baxımından vacibdir:

“Əgər tərəflər arasında müəyyən razılaşmalar əldə olunarsa, bəzi tarif və məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması mümkündür. Lakin mövcud şəraitdə tam iqtisadi yaxınlaşmadan danışmaq hələ tezdir. Bundan əlavə, ABŞ və Çin arasındakı münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır”.

O əlavə edib ki, Tayvan məsələsi tərəflər arasında ən həssas strateji mövzulardan biri olaraq qalır:

“Regionda mümkün hərbi eskalasiya həm Asiya-Sakit okean bölgəsi, həm də dünya iqtisadiyyatı üçün ciddi risk yarada bilər. Eyni zamanda, İran ətrafında artan hərbi-siyasi gərginlik də beynəlxalq təhlükəsizlik baxımından əlavə risk faktorudur.

Məlumdur ki, ABŞ-nin bir sıra müttəfiqləri təhlükəsizlik baxımından Vaşinqtona yaxın mövqe sərgiləsələr də, iqtisadi baxımdan Çinlə əlaqələri tam şəkildə məhdudlaşdırmaq istəmirlər. Bunun əsas səbəbi Çinin qlobal istehsal, texnologiya və ticarət sistemində mühüm mərkəz olaraq qalmasıdır.

Bütün bunların fonunda Trampın Çinə səfəri tərəflər arasında münasibətlərin gələcək istiqaməti baxımından mühüm siyasi mesaj hesab olunur. Yaxın dövrdə ticarət, investisiya və texnologiya sahəsində müəyyən kompromislərin əldə olunması ehtimalı istisna edilmir. Bu isə qlobal iqtisadiyyatda nisbi sabitliyin qorunmasına müəyyən töhfə verə bilər”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Psixoloq: “Alfa qadın zərifliyini hər zaman saxlayır”

Next

Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib

Copyright 2026— Praqraf.com. All rights reserved