Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Səudiyyə Ərəbistanı WUF13-də şəhərlərin inkişafı sahəsində təcrübə mübadiləsinə ümid edir
SİYASƏT

Səudiyyə Ərəbistanı WUF13-də şəhərlərin inkişafı sahəsində təcrübə mübadiləsinə ümid edir

13 May 2026 1 Min Read
PAYLAŞIN:

Səudiyyə Ərəbistanının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, şəhərlərin inkişafı sahəsində təcrübə mübadiləsinə yönəlib.

Paraqraf.com-un məlumatına görə, bu barədə ölkənin Bələdiyyələr və Mənzil Tikintisi Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bakıda keçiriləcək WUF13-də fəal iştirak beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, şəhərlərin və bir sıra icmaların inkişafı sahəsində təcrübə mübadiləsinə yönəlib”, – məlumatda bildirilib.

Nazirliyin məlumatına görə, WUF13-də təmsil olunacaq Səudiyyə Ərəbistanı nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının, bələdiyyə orqanlarının, inkişaf proqramlarının, mənzil sektorunun, həmçinin təhsil müəssisələrinin və müvafiq təşkilatların nümayəndələri daxil olacaq.

Bundan əlavə, nümayəndə heyətinə regional administrasiyaların rəhbərləri, şəhər inkişafı, mənzil tikintisi və həyat keyfiyyətinin yüksəldilməsi üzrə proqramların nümayəndələri, investisiya, infrastruktur və daşınmaz əmlak sahəsinin mütəxəssisləri daxildir.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Səudiyyə Ərəbistanının humanitar təşəbbüslərinin və universitetlərinin nümayəndələri daxil edilib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Yaşayış Məntəqələri Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Şeremetyevo” aeroportunda sərnişinin şalvarından 330-dan çox brilyant tapılıb

Next

Misir və BMT heyətləri WUF13-də iştiraka hazırlığı müzakirə ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved