Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 13
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır

İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır

admin 13 May 2026 3 minutes read
JnOT9xIUn4OdE4LLbliDoO4gxXGIEcE0joenIpKn_1200
PAYLAŞIN:

İsrail Ağ Evin rəhbəri Donald Trampın qarşıdurmaya səbəb olan bir sıra prinsipial problemləri diqqətdən kənarda qoyaraq İranla razılaşmaya gedə biləcəyindən ciddi şəkildə narahatdır.

Paraqraf.com xəbər verir ki, bu barədə yüksək vəzifəli İsrail rəsmilərinə istinadən CNN telekanalı məlumat yayıb.

“Trampın əlverişsiz razılaşmaya gedəcəyi ilə bağlı real narahatlıqlar var”, – telekanalın müsahiblərindən biri bildirib.

Mənbələr vurğulayıblar ki, Tehranın nüvə proqramının qismən qorunub saxlanılacağı, ballistik silahlar və regional müttəfiqlərə dəstək məsələlərinin isə həll olunmamış qalacağı razılaşma İsraili İranla qarşıdurmanı başa çatmamış kimi qəbul etməyə məcbur edəcək.

“İsrail danışıqlar prosesinin pozulması ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətində qalmaqda davam edir”, – digər yüksək vəzifəli İsrail nümayəndəsi telekanala bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Türkiyədə qanunsuz qumar oyunlarından 128 milyon dollar gəlir əldə edən 61 nəfər saxlanılıb
Next: Çin və ABŞ nümayəndə heyətləri iqtisadi və ticarət məsələlərini müzakirə edib

OXŞAR MÖVZULAR

5FMBeFrnmLSAaIBBJklko453bWLnRzmqImWep2fd_1200

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib

admin 14 May 2026
ryWCDiKWGgYbUX3P5PpexKY8edHMvaMKPGTaCL3g_1200

UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib

admin 14 May 2026
jatIgN0GceAfcmLUQb57lOOxKaZNnbTruE5gHoxs_1200

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib

admin 14 May 2026

XƏBƏR LENTİ

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib 5FMBeFrnmLSAaIBBJklko453bWLnRzmqImWep2fd_1200

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib

14 May 2026
UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib ryWCDiKWGgYbUX3P5PpexKY8edHMvaMKPGTaCL3g_1200

UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib

14 May 2026
Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib jatIgN0GceAfcmLUQb57lOOxKaZNnbTruE5gHoxs_1200

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib

14 May 2026
Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var 62d1e502-a7e0-359b-9129-b9243e2fa37c_1200

Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var

14 May 2026
Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb U3FUr9d3GzTqRstzg9EbTjYaNdflChDg0t5JCHCY_1200

Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb

14 May 2026
Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir IvpW11mkfaNaXhjZuHYMR8p177RzieNT4Tw18jrt_1200

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.