Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib
SİYASƏT

Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib

13 May 2026 2 Min Read
PAYLAŞIN:

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri və Xaricdə yaşayan Vətəndaşlar Baş idarəsinin rəisi Gülsun Erkul rəhbərlik edib.

Məsləhətləşmələrin birinci hissəsində iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi, ədliyyə (o cümlədən hüquqi yardım), əmək və sosial müdafiə sahələrində münasibətlərin genişləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrin ikinci hissəsinə Türkiyə nümayəndə heyətinə Türkiyə Xarici İşlər Nazirliyinin Miqrasiya siyasəti və Viza məsələləri baş idarəsinin rəisi səfir Esin Çakıl rəhbərlik edib.

Danışıqların ikinci hissəsində konsulluq sahəsində həyata keçirilmiş son yeniliklərlə yanaşı, miqrasiya və viza siyasəti barədə təcrübə mübadiləsi həyata keçirilib, miqrasiya sahəsində yaranmış mövzular üzrə müzakirələr aparılıb, 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan tərəfindən tətbiq olunan viza və miqrasiya qaydaları barədə Türkiyə tərəfinə məlumat verilib.

Məsləhətləşmələrdən sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Miqrasiya İdarəsinə (Köç idarəsi) nəzakət səfəri edib. Nümayəndə heyəti Miqrasiya idarəsinin Əcnəbilərlə iş Baş idarəsinin rəisi Fatih Ayna ilə görüş keçirib, hazırda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı həyata keçirilən müxtəlif layihələrdə göstərdikləri dəstəyə görə qarşı tərəfə təşəkkür edilib, o cümlədən əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşlərdə həmçinin Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Prokurorluğunun, Türkiyə tərəfindən isə Türkiyə Respublikasının Ədliyyə, Daxili İşlər və digər aidiyyəti qurumlarının əməkdaşları iştirak edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək

Next

İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved