PAYLAŞIN:

Pakistanın şimal-qərbindəki Lakki-Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində yeddi nəfər ölüb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək rütbəli polis əməkdaşına istinadən məlumat yayıb.

“Lakki-Marvatda bazarda baş verən partlayış nəticəsində ikisi polis əməkdaşı və beşi mülki şəxs olmaqla yeddi nəfər həlak olub” – məlumatda qeyd edilib.

Hadisənin əlavə təfərrüatı açıqlanmır.

 

Paraqraf.com 

Loading