Skip to content
12 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 12
  • MM Milli Koordinatorun insan alverinə qarşı mübarizəyə dair illik məlumatını qəbul edib

MM Milli Koordinatorun insan alverinə qarşı mübarizəyə dair illik məlumatını qəbul edib

admin 12 May 2026 2 minutes read
dOC5MvejJyHAElLDajWh08rKgRGeqoScnkic1yFV_1200
PAYLAŞIN:

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edilib.

Paraqraf.com xəbər verir ki, məlumata əsasən, 2025-ci ildə xarici ölkələrdə 46 Azərbaycan vətəndaşı insan alverinin qurbanı olub.

Onlardan 33-ü Türkiyə, 10-u Birləşmiş Ərəb Əmirlikləri, 3-ü isə Pakistanda cinsi istismara məruz qalıb.

Hesabatda qeyd edilib ki, qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.

İllik məlumata əsasən, ötən il ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanıb.

Sənəddə vurğulanıb ki, hesabat dövründə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-si keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkumlardan 4-ü kişi, 10-u qadındır.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Milli Koordinatorun məlumatına görə, 2025-ci ildə şəxsiyyət vəsiqəsi olmayan 9 uşağa doğum haqqında şəhadətnamə verilib. Həmin uşaqlara məhkəmə qərarları əsasında doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Əhalisinin Dövlət Reyestrinə daxil edilib.

Bundan başqa, ötən il bir nəfər Azərbaycan vətəndaşının Monteneqroda tikinti sektorunda istismar edildiyi aşkarlanıb. İxtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Lökbatanda yanan “Kontakt Home”un anbarı olub
Next: Qubanın üç kəndinin adının dəyişdirilməsi qəbul edilib

OXŞAR MÖVZULAR

FVZRq4aZeDRDzyneBFmdX4HqEBiGm5a7xuYBIXBd_1200

Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub

admin 12 May 2026
AUVn3bQV2KBU2cgaC8bAN5L79q7Y30wOhglZEwzD_1200

Kənd təsərrüfatı torpaqlarında yaşıllıqların götürülməsinə dair dəyişiklik ilk oxunuşda qəbul olunub

admin 12 May 2026
P4j6KPJQJZWr1jquXJE2FKXRlfnapysrgRLrt1T4_1200

Qubanın üç kəndinin adının dəyişdirilməsi qəbul edilib

admin 12 May 2026

XƏBƏR LENTİ

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb Va88k63cIqgybEi623uUm7zdQ5yHN2EoAbP6aZBq_1200

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb

12 May 2026
Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub FVZRq4aZeDRDzyneBFmdX4HqEBiGm5a7xuYBIXBd_1200

Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub

12 May 2026
Kənd təsərrüfatı torpaqlarında yaşıllıqların götürülməsinə dair dəyişiklik ilk oxunuşda qəbul olunub AUVn3bQV2KBU2cgaC8bAN5L79q7Y30wOhglZEwzD_1200

Kənd təsərrüfatı torpaqlarında yaşıllıqların götürülməsinə dair dəyişiklik ilk oxunuşda qəbul olunub

12 May 2026
Azərbaycanda sənaye istehsalı cüzi artıb 992f508e-f450-3b4b-9aed-8b8076b41ce8_1200

Azərbaycanda sənaye istehsalı cüzi artıb

12 May 2026
Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb azerbaycan-ehalisinin-gelirleri-9-e-yaxin-artib-1778576232

Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb

12 May 2026
Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb manat13-69f9f026cd6fa-3

Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb

12 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.