Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/III Şionun taxta çıxma mərasimi olub
DÜNYA

III Şionun taxta çıxma mərasimi olub

12 May 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstanın yeni seçilmiş Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bişvinta və Sxum-Abxaziya mitropoliti Müqəddəs Şio III-nün (Mitropolit Şio) taxta çıxma mərasimi Svetitsxoveli Kafedralında baş tutub.

Paraqraf.com xəbər verir ki, təntənəli mərasim Müqəddəs Sinod üzvlərinin və digər ruhanilərin iştirakı ilə keçirilən liturgiya ilə başlayıb.

Bayram ibadəti yerli vaxtla saat 10:00-da start götürüb.

Liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları – patriarxal mitra, tac və əsas dini rəmzlərdən biri hesab olunan xaç-panagiya təqdim edilib. Taxta çıxma mərasiminin əsas hissəsinin sonunda isə qədim patriarxal mitra III Şionun başına qoyulub.

Mərasimdə Gürcüstan hökumətinin və Nazirlər Kabinetinin üzvləri, həmçinin hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili də iştirak edib.

Xatırladaq ki, ötən gün Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında keçirilən səsvermənin nəticələrinə əsasən, Senaki və Çxorotsku mitropoliti Şio Muciri Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib. O, 22 səs toplayaraq Patriarx elan olunub. Digər namizədlərdən Urbnisi və Ruisi mitropoliti İob 9, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs qazanıb. Bir bülleten etibarsız sayılıb.

Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya 2026-cı il martın 17-də 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsində yeni Patriarxın seçilməsi prosesi başlanmışdı.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin XİN: ABŞ ilə ticari-iqtisadi münasibətlər qarşılıqlı faydalı xarakter daşıyır

Next

Litva Hörmüz boğazının minalardan təmizlənməsinə 40 mütəxəssis göndərə bilər

Copyright 2026— Praqraf.com. All rights reserved