PAYLAŞIN:

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulacaq.

Paraqraf.com-un məlumatına görə, raundun cavab oyunlarından sonra finalçılar bəlli olacaq.

“Kristal Pelas” İngiltərədə Ukraynanın “Şaxtyor” komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub – 3:1.

Digər qarşılaşmada “Strasburq” Fransada İspaniya təmsilçisi “Rayo Valyekano” ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb – 1:0.

Hər iki görüş saat 23:00-da start götürəcək.

Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.

 

Paraqraf.com 

Loading