Azərbaycan və Monqolustan hökumətləri arasında hava əlaqəsi haqqında saziş imzalanıb.
Paraqraf.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.
Almaniyada səfərdə olan nazir Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersaixan ilə görüşüb.
Görüşdə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə avtomobil və hava daşımaları üzrə mövcud imkanların artırılması məsələlərini müzakirə edilib.
“Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanıb. Bu sənəd ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq və uçuşların həyata keçirilməsi üçün möhkəm müqavilə – hüquqi baza formalaşdıracaq”, – deyə R. Nəbiyev bildirib.
Paraqraf.com
![]()
