Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qazaxıstan yanacağın ölkədən çıxarılmasına qadağanın müddətini uzadıb
DÜNYA

Qazaxıstan yanacağın ölkədən çıxarılmasına qadağanın müddətini uzadıb

06 May 2026 1 Min Read
PAYLAŞIN:

Qazaxıstanın Energetika Nazirliyi benzin, dizel yanacağı və bəzi növ neft məhsullarının ölkə ərazisindən çıxarılmasına qadağanı 2026-cı il noyabrın 21-dək uzadıb.

Paraqraf.com xəbər verir ki, bu barədə nazirliyin sərəncamında bildirilib.

Sənədə əsasən, 2026-cı il mayın 21-dən noyabrın 21-dək neft məhsullarının avtomobil nəqliyyatı ilə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə çıxarılmasına qadağa uzadılır.

İstisna olaraq sürtkü yağları və nəqliyyat vasitələrinin zavod baklarındakı yanacaq göstərilib.

Həmçinin neft məhsullarının dəmir yolu nəqliyyatı ilə çıxarılmasına məhdudiyyətlər nəzərdə tutulub. Bununla belə, bəzi neft məhsullarının istehsalı və dövriyyəsinin dövlət tənzimlənməsi çərçivəsində təsdiq edilmiş tədarük planlarına əsasən benzinin ixracı, eləcə də hökumətin qərarı ilə humanitar məqsədlərlə çıxarılması imkanı saxlanılır.

Qazaxıstanda benzin, dizel yanacağı və bəzi növ neft məhsullarının avtomobil və dəmir yolu nəqliyyatı ilə çıxarılmasına qüvvədə olan qadağa 2025-ci il noyabrın 20-dən altı ay müddətinə – cari ilin mayın 20-dək tətbiq edilmişdi.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Axios”: İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər

Next

“Heydər Əliyev kuboku-2026”: Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub

Copyright 2026— Praqraf.com. All rights reserved