Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Mançester Yunayted”in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli olub
İDMAN

“Mançester Yunayted”in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli olub

06 May 2026 1 Min Read
PAYLAŞIN:

İngiltərə təmsilçisi “Mançester Yunayted”in növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirakı sayəsində əldə edəcəyi gəlirin həcmi bəlli olub.

Paraqraf.com “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində iştirak “qırmızı şeytanlar”a 80 milyon funt sterlinq qazandıracaq.

Bu məbləğin təxminən 70 milyon funt sterlinqi qrup mərhələsində iştirakdan, 10 milyon funt sterlinqi isə “Adidas” ilə müqavilə çərçivəsində nəzərdə tutulan bonusdan ibarətdir.

Komanda İngiltərə Premyer Liqasının XXXV turunda “Liverpul”u məğlub edərək xallarının sayını 64-ə çatdırıb və turnir cədvəlində beşinci pilləni təmin etməklə Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

Bildirilir ki, komanda turnirdə daha da irəliləyəcəyi təqdirdə əlavə olaraq 20 milyon funt sterlinq qazana bilər.

Qeyd olunur ki, bu gəlir klubun yay “transfer pəncərəsi”ndə fəaliyyətinə ciddi təsir göstərəcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Heydər Əliyev kuboku-2026”: Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub

Next

“Çelsi”nin futbolçusu Uesli Fofana “Barselona”ya təklif olunub

Copyright 2026— Praqraf.com. All rights reserved