PAYLAŞIN:

İsrail və Livan nümayəndələri arasında danışıqların üçüncü raundu növbəti həftə Vaşinqtonda keçiriləcək.

Paraqraf.com xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Livanın LBCI telekanalının məlumatına görə, danışıqlarda Livanın ABŞ-dəkı səfiri Nada Hammade-Muavvad, livanlı diplomat Saymon Karam və Livan Silahlı Qüvvələrinin nümayəndəsi iştirak edəcək.

Qeyd olunub ki, məsləhətləşmələr iki gün ərzində – ya çərşənbə və cümə axşamı, ya da cümə axşamı və cümə günü keçiriləcək.

 

Paraqraf.com 

Loading