Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“İmtahan Stressi Qaçılmazdır, Amma Onu İdarə Etmək Mümkündür” – Dilbər Bəhmənli
MANŞETÖZƏL

“İmtahan Stressi Qaçılmazdır, Amma Onu İdarə Etmək Mümkündür” – Dilbər Bəhmənli

06 May 2026 1 Min Read
PAYLAŞIN:

İmtahan dövrü yaxınlaşdıqca minlərlə şagird və tələbə həyəcan, gərginlik və psixoloji təzyiqlə üz-üzə qalır. Yüksək nəticə gözləntiləri, ailə təzyiqi, vaxt azlığı və uğursuzluq qorxusu bir çox gəncdə stress səviyyəsini artırır. Bəzən bu gərginlik diqqət dağınıqlığına, yuxu pozuntularına və nəticələrin zəifləməsinə səbəb olur.

Bəs imtahan stressi ilə necə mübarizə aparmaq olar? Hansı üsullar şagird və tələbələrin daha sakit, inamlı və məhsuldar hazırlaşmasına kömək edir?

Mövzu ilə bağlı psixoloq Dilbər Bəhmənli “Paraqraf.com”a açıqlamasında bildirib ki, imtahan dövründə stress yaşamaq normal haldır, çünki beyin bunu bəzən təhlükə kimi qəbul edir və bu da gərginlik, diqqət problemləri və yorğunluq yaradır:

“İmtahan dövründə stress yaşamaq tamamilə normaldır. İnsan beyni imtahanı sadəcə “yoxlama” kimi deyil, bəzən gələcəklə bağlı təhlükə kimi qiymətləndirir. Bu zaman orqanizmdə gərginlik artır, ürək döyüntüsü sürətlənir, diqqətdə problemlər yaranır və insan özünü yorğun hiss edir. Əsas məsələ stressin tam yox olması deyil, onu düzgün idarə etməyi bacarmaqdır”.

Dilbər Bəhmənli qeyd edib ki, stresslə mübarizədə planlı hazırlıq, real hədəflərin qoyulması, düzgün yuxu rejimi və qısa fasilələrlə oxumaq əsas rol oynayır:

“Nəfəs məşqləri və fiziki aktivlik də gərginliyi azaltmağa kömək edir. Eyni zamanda, özünü başqaları ilə müqayisə etməkdən uzaq durmaq və diqqəti şəxsi inkişaf üzərində saxlamaq vacibdir. Ən önəmlisi isə odur ki, imtahan nəticəsi insanın dəyərini müəyyən etmir və uğur yalnız yüksək baldan ibarət deyil”.

Nigar Rüstəmzadə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

SDU-nun yeni rektoru kimdir? -DOSYE

Next

İsrail hərbçiləri 2 mindən çox “Hizbullah” yaraqlısını öldürüb

Copyright 2026— Praqraf.com. All rights reserved