Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/WUF13-də nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb
CƏMİYYƏT

WUF13-də nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb

05 May 2026 1 Min Read
PAYLAŞIN:

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb.

Paraqraf.com xəbər verir ki, xəritə bu gün ictimaiyyətə təqdim edilib.

Xatırladaq ki, WUF13-də iştirak etmək üçün 176 ölkədən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, “ağıllı şəhər”lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib ki, tədbirin uğuru hər şeydən əvvəl nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təşkil olunmasından asılıdır: “​Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş istiqamət üzrə fəaliyyət göstərəcəyik. Bunlardan biri ​Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz rejimdə fəaliyyəti və iştirak edən bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə fasiləsiz izlənməsidir. 2-cisi, otellər, hava limanı və tədbir məkanını birləşdirən və qrafik əsasında çıxış edən avtobus sisteminin yaradılması, 3-cüsü yol hərəkətinin və tənzimləmələrin idarə edilməsi, 4-cüsü mühüm və çox mühüm şəxslər üçün nəqliyyat planının hazırlanması, 5-cisi isə şəhər üzrə aydın nişanlanma ilə seçilmiş müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılmasıdır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan “Growth Lab” ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə edib

Next

Azərbaycan Alanya Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved