Skip to content
06 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 5
  • İkili standartlara qarşı açıq mesaj: Azərbaycan sülh mövqeyində israrlıdır

İkili standartlara qarşı açıq mesaj: Azərbaycan sülh mövqeyində israrlıdır

admin 05 May 2026 4 minutes read
IMG-20260505-WA0003
PAYLAŞIN:

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək regionda formalaşan yeni reallıqlar, sülh prosesi və beynəlxalq münasibətlərdə müşahidə olunan ikili standartlar barədə mühüm mesajlar verdi. Dövlət başçısının çıxışı Azərbaycanın sülh və əməkdaşlıqla bağlı prinsipial mövqeyini bir daha nümayiş etdirdi.

Bəyan olundu ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar artıq konkret nəticələr verməkdədir. Bu çərçivədə Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması regionda iqtisadi və logistika əlaqələrinin bərpasına şərait yaradıb. Qısa müddət ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması və 12 min ton neft məhsullarının ixracı tərəflər arasında etimadın artdığını göstərir.

Bununla yanaşı, Prezident çıxışında ABŞ-də imzalanmış birgə bəyanatın və əldə olunmuş razılaşmaların sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Bu prosesin davamlı olması regionda uzunmüddətli sabitliyin təmin olunması üçün əsas şərt kimi qiymətləndirildi.

Dövlət başçısı diqqətə çatdırdı ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub və bu təşəbbüs Ermənistan tərəfindən də dəstəklənib. Bu fakt iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Eyni zamanda, Prezident İlham Əliyev 2026-cı il Zirvə görüşünün Ermənistanda keçirilməsinə Azərbaycanın da dəstək verdiyini xatırladaraq, regionda balanslı və konstruktiv yanaşmanın vacibliyini vurğuladı.

Çıxışda diqqət çəkən əsas məqamlardan biri bəzi Avropa təsisatlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan–Azərbaycan sülh prosesinə qərəzli yanaşması ilə bağlı idi. Qeyd olundu ki, bu qurumlar obyektiv mövqe sərgiləmək əvəzinə ikili standartlar tətbiq edir və Azərbaycanın suverenliyinə qarşı qərəzli qərarlar qəbul edirlər.

Azərbaycanın 2001-ci ildən Avropa Şurasına üzv olduğunu xatırladan dövlət başçısı, ölkənin uzun illər bu təşkilat çərçivəsində fəal iştirak etdiyini, lakin son dövrlərdə ədalətsiz münasibətlə üzləşdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri də tənqid edərək bildirdi ki, bu sənədlər reallığı əks etdirmir və siyasi təzyiq aləti kimi istifadə olunur. Onun sözlərinə görə, belə yanaşmalar sülh prosesinə töhfə vermək əvəzinə, əksinə, onu zəiflədir.

Buna cavab olaraq Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul etməsi ölkənin milli maraqlarını qorumaq istiqamətində atılmış addım kimi qiymətləndirilir.

Bütün çətinliklərə baxmayaraq, rəsmi Bakı sülh gündəliyinə sadiq qalır. Bir daha vurğulanır ki, Azərbaycan regionda sülh və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Praktik addımlar, iqtisadi əlaqələrin bərpası və diplomatik təşəbbüslər konstruktiv siyasətin real təzahürüdür. Rəsmi Bakının mövqeyinə görə, davamlı sülh yalnız qarşılıqlı hörmət və real əməkdaşlıq əsasında mümkündür.

 

Nigar Məmmədova
Milli Məclisin deputatı

Loading

Visited 9 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: geosiyasi reallıqlar fonunda genişlənən əməkdaşlıq perspektivləri
Next: Azərbaycan və Venesuela Gimnastika Federasiyaları arasında Memorandum imzalanıb

OXŞAR MÖVZULAR

2oeIbxjyKCPm1U6mU8ruxntTrAWrS0bEumVudYls_1200

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

admin 05 May 2026
WOWejFz1DK1fzsobOkzQBBK47Gp43A5SwOiDYBzc_1200

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib

admin 05 May 2026
33AesKXpCx1VBZLW37w6a4rRxmMPKGPNL8hUB6md_1200

Azərbaycandan olan ekspertlər İrəvanda konfransda iştirak edirlər

admin 05 May 2026

XƏBƏR LENTİ

SDU-nun yeni rektoru kimdir? -DOSYE IMG_6390

SDU-nun yeni rektoru kimdir? -DOSYE

05 May 2026
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 2oeIbxjyKCPm1U6mU8ruxntTrAWrS0bEumVudYls_1200

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

05 May 2026
Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb 14KwphesNPB87uHYQxK7hB9a06MymljuhFzGpAvr_1200

Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

05 May 2026
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026) L661lLd0SEK6vLDPDLWvjksJ0cTU5c7iY7RxT1kh_1200

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026)

05 May 2026
Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib WOWejFz1DK1fzsobOkzQBBK47Gp43A5SwOiDYBzc_1200

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib

05 May 2026
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək image_870x_69d8c1c715c8a

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

05 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.