Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
SİYASƏT

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

05 May 2026 1 Min Read
PAYLAŞIN:

Ermənistan və Fransa ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəldiblər.

Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Parisdəki səfiri Arman Xaçatryan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu gün Ermənistan-Fransa strateji tərəfdaşlığı haqqında bəyannamə imzalanıb”, – o yazıb.

Onun fikrincə, bu tarixi sənəd iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər açır.

Bəyannaməni İrəvanda Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıblar.

Ermənistan mediasının məlumatına görə, İrəvan və Paris süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq haqqında sazişlər; hərbi texnologiyaların inkişafı və müdafiə sistemlərinin tədqiqi sahəsində əməkdaşlıq haqqında, hərbi geyimlərin tədarükü barədə sazişlər imzalayıblar.

Tərəflər həmçinin nəqliyyat helikopterlərinin tədarükü, Ermənistan aviaşirkətinə iki A321-200NX təyyarəsinin satışı, Ermənistanın cənubunda Bərgüşad tunelinin tikintisi barədə razılığa gəliblər. Bununla yanaşı, iki ölkə arasında kredit, iqtisadi, mədəni əməkdaşlığa dair bir sıra sənədlər də imzalanıb.

Ümumilikdə, danışıqların yekununda 13 sənəd imzalanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

Next

SDU-nun yeni rektoru kimdir? -DOSYE

Copyright 2026— Praqraf.com. All rights reserved