27 Okt 2026, Ça

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ayın 14-dək ödəniləcək

PAYLAŞIN:

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub.

Paraqraf.com-un məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib.

Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Həmçinin ölkə üzrə sosial müavinətlərin bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

 

Paraqraf.com 

Loading