Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib

05 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvadorda səfərdə olub.

Bu barədə Paraqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər zamanı paytaxt Kito şəhərində Azərbaycan Xarici İşlər və Ekvador Xarici İşlər və İnsan Mobilliyi nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi nazirinin müavini Alexandro Davalos başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşlərdə kənd təsərrüfatı, biznes və sərmayələrin gələcəkdə təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda ilk siyasi məsləhətləşmələrin protokolu, eləcə də Azərbaycan Hökuməti və Ekvador Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən Ekvador Diplomatik Akademiyasında “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimat edilib. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən Ekvador Xarici İşlər və İnsan Moblliyi Nazirliyinin Mətbuat xidmətinə, habelə ölkənin aparıcı “El Telegrafo” onlayn dövlət qəzetinə müsahibələr verilib.

Həmçinin, Ekvadorda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

Next

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2026)

Copyright 2026— Praqraf.com. All rights reserved