Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Space”in yeni baş direktoru kimdir?
MANŞET

“Space”in yeni baş direktoru kimdir?

04 May 2026 1 Min Read
PAYLAŞIN:

Ayaz Mustafayev “Space” televiziyasına direktor təyin edilib.

OLAY yazır ki, Ayaz Mustafayev  1986-cı ildə Mingəçevir şəhərində anadan olub.  2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alaraq,  oranı fərqlənmə diplomu ilə bitirib. 2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr təhsili alıb.  Eyni zamanda ADA Univetsitetinin “Advanced Foreign Service Program”ının məzunudur.

Əmək fəaliyyətinə 2009-cu ildə başlayan Ayaz Mustafayev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb. Daha sonra isə Böyük Britaniyadakı əmək fəaliyətini İctimai Televiziyanın və AZTV-nin London bürosunda davam etdirib. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifədə çalışıb.

Müxtəlif ölkələrdə beynəlxalq təcrübə qazanmış Ayaz Mustafayev peşəkar inkişafı çərçivəsində bir sıra ixtisasartırma proqramlarında iştirak edib və sertifikatlar əldə edib. Bunlara Young Diplomats Forum (London), həmçinin insan resurslarının və layihələrin idarə olunması üzrə təlim (Sinqapur Xarici İşlər Nazirliyi) daxildir.

Ailəlidir, iki övladı var.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb

Next

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış edib

Copyright 2026— Praqraf.com. All rights reserved