Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 4
  • Rezidenturaya qəbul imtahanının birinci cəhdinin nəticələri açıqlanıb

Rezidenturaya qəbul imtahanının birinci cəhdinin nəticələri açıqlanıb

admin 04 May 2026 3 minutes read
qcDdstMgdEkAARgZtEuSzPr88FQyVivKzL562wEp_1200 (1)
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçünmayın 3-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

Bu barədə Paraqraf.com-a DİM-dən məlumat veirlib.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1702 namizəddən 34 nəfəri imtahana gəlməyib.

556 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 279 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 3-də keçirilən imtahanda 114 nəfər bu ilin, 163 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 277 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 674 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 5 may saat 10:00-dan 6 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 21-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 25 may – 4 iyun 2026-cı il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.

Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 9-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sabah 23 dərəcə isti olacaq
Next: Qaraheybətdə təlim mərkəzində bədbəxt hadisə baş verib

OXŞAR MÖVZULAR

270a4ce6-fd6f-4d12-b280-ebde57aaf2de_1200

Subbakalavrların qeydiyyatı başlayıb

admin 04 May 2026
bGmj48Xbl5O1oCoD0EJNktGmcdjDLLHj17bbpK9S_1200

Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilib

admin 03 May 2026
4c7fb031-0d1b-3635-be71-945742c78a77_1200

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

admin 03 May 2026

XƏBƏR LENTİ

Gömrükdə yeni qayda: 1 aylıq limit problemləri həll edəcək, yoxsa yenilərini yaradacaq? 5adc8687-6035-4076-9c16-5009fe3f3b38

Gömrükdə yeni qayda: 1 aylıq limit problemləri həll edəcək, yoxsa yenilərini yaradacaq?

04 May 2026
Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır nXSe1cNiR9ajg9asMx3iu1akXkCwQXqeNhfNPwcH_1200

Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır

04 May 2026
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış edib dGrlhgdud8izKlkLwJ3ZbT4W0xvay5Bc1nedqPKc_1200

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış edib

04 May 2026
“Space”in yeni baş direktoru kimdir? 01KQSERDND1YVPT8XTC2PT5CWF-webp

“Space”in yeni baş direktoru kimdir?

04 May 2026
Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb vaGmznGSTAPafqUFPfQnUtlR5oBxQcIpXm4ncQnT_1200

Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb

04 May 2026
Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM 6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200

Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM

04 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.