PAYLAŞIN:

Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır.

Paraqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

“”Avropa Siyasi Birliyi” sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim”, – o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır: “Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir”.

 

Paraqraf.com 

Loading